- Fanat
- 16 Noyabr 22:30
- 1 154
Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələnib
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Aznews.az xəbər verir ki, qolkiper DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən matçda sıradan çıxıb.
Matça ilk "11-lik"də başlayan oyunçu ikinci hissədə meydana çıxa bilməyib. Onu Aydın Bayramov əvəzləyib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda məğlub durumdadır - 1:3.