Tom Kruz Oskar mükafatına layiq görülüb

Amerikalı aktyor, rejissor və prodüser Tom Kruz kinematoqrafiyada üstün nailiyyətə görə Oskar mükafatına layiq görülüb.

Bu barədə Variety jurnalı məlumat yayıb .

“Governors Awards mərasimində Tom Kruza fəxri Oskar təqdim edilib”, - nəşr yazır.

Mükafatı rejissor Alejandro Qonzales İnyarritu təqdim edib. Jurnalın məlumatına görə, mükafatı qəbul edən Kruz nitq söyləyib və film sənayesinin inkişafı üçün hər kəsin səylərini yüksək qiymətləndirib və “kinonun birləşdirici gücündən” danışıb.

Mövsüm,

AzNews.az