- Fanat
- 4 Yanvar 22:24
- 6 242
Arda 77-ci dəqiqədə oyuna girdi: "Real" adaşına 5 qol vurdu
İspaniya La Liqasının 18-ci turunda “Real Madrid” doğma meydanda “Real Betis”i qəbul edib.
Santyaqo Bernabeu stadionunda keçirilən qarşılaşma Madrid klubunun 5:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. “Kral klubu”nun qollarını 20, 50 və 82-ci dəqiqələrdə het-trikə imza atan Qonsalo Qarsiya, 56-cı dəqiqədə Rual Asensio və 90+4-cü dəqiqədə Fran Qarsiya vurub. “Real Betis”in yeganə qolunu isə 66-cı dəqiqədə Kuço Ernandes qeydə alıb.
Qarşılaşmanın diqqətçəkən məqamlarından biri də Arda Gülərin performansı olub. Matçın 77-ci dəqiqəsində meydana daxil olan gənc futbolçu Qonsalo Qarsiyanın son qolunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticədən sonra “Real Madrid” xalını 45-ə yüksəldərək turnir cədvəlində mövqeyini möhkəmləndirib. “Real Betis” isə 28 xalla kifayətlənib.
Növbəti turda “Real Madrid” Levanteni qəbul edəcək, “Real Betis” isə səfərdə “Real Oviedo” ilə qarşılaşacaq.
AzNews.az