• Fanat
  • 6 Yanvar 12:43
  •  1 906

Robert Levandovski təqaüdə çıxır? Bu barədə açıqlama verildi!

“Barselona” forması geyinən Robert Levandovski gələcəyi ilə bağlı açıqlamalar verib. 37 yaşlı futbolçu karyerasının başa çatmasından qorxmadığını bildirib.

“Futbol bütün həyatım deyil”

Levandovski deyib:

“Karyeramın bitməsindən qorxmuram, çünki buna hazırlaşmağa başlamışam. Futboldan sonra nə edə biləcəyimə hazırlaşıram. Futbolun həyatımın çox vacib bir hissəsi olduğunu həmişə bilmişəm, amma futbol mənim bütün həyatım deyil — xüsusilə də indi.”

Təqaüdlə bağlı açıqlama

Polşalı hücumçu qeyd edib:

“Gənc olanda bunu düşünmürdüm, çünki ağlımda yalnız futbol var idi. Amma indi karyeramın sonuna yaxınlaşdığımı anlayıram. Neçə ilim qaldığını bilmirəm, lakin heç bir təzyiq hiss etmirəm.”

37 yaşlı təcrübəli forvard əlavə edib:

“Bir gün bədənimi dinləyib nəyinsə dəyişdiyini hiss etsəm, karyeramı bitirməyə hazır olacağam.”

Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona”nın heyətində 19 oyunda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mövsüm,

Aznews.az