- Fanat
- 6 Yanvar 23:25
- 6 454
"Çelsi" Acun İlıcalının keçmiş baş məşqçisinə etibar olundu
Premyer Liqada ardıcıl uğursuz nəticələr və komandanın oyunundan narazılıq fonunda Enzo Marescanın istefasından sonra “Çelsi” yeni baş məşqçi ilə bağlı qərarını verib.
London klubu Fransa Liqa 1 təmsilçisi “Strasburq”u çalışdıran Liam Rozeniorla 6,5 illik – 2032-ci ilə qədər müqavilə imzalayıb. Beləliklə, “zadəganlar”da baş məşqçi axtarışları yekunlaşıb.
Son olaraq “Strasburq”da çalışan Rozenior Fransa klubunu 19 ildən sonra ilk dəfə avrokuboklara çıxarmaqla diqqət mərkəzinə düşmüşdü. İngilis mütəxəssis daha əvvəl Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubunda da baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Enzo Marescanın rəhbərliyi altında “Çelsi” Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyib. Komanda 20 turdan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə London təmsilçisi 10 xalla 13-cü yerdə mövqe tutur.
AzNews.az