• Fanat
  • 7 Yanvar 16:25
  •  3 299

Lionel Messidən TikTok etirafı: "Çox vaxt keçirirəm"

​Argentinalı əfsanəvi futbolçu Lionel Messi qonaq olduğu bir proqramda sosial media platforması olan TikTok-da uzun müddət vaxt keçirdiyini bildirib. Ulduz oyunçu: "Özümün süni intellektlə hazırlanmış videolarımı da görmüşəm; hətta birində polislər məni yaxalayırdı. Əslində onlar xoşuma gəlir, onlara gülürəm", — deyə qeyd edib.

​"Luzu TV" adlı YouTube kanalına qonaq olan Messi, TikTok haqqında səmimi açıqlamalar verib: "Çox sayda TikTok videosu izləyirəm. Hər şeyə baxıram. Düzünü desəm, orada çox vaxt keçirirəm. Darıxanda kifayət qədər izləyirəm. Süni intellekt videolarım xoşuma gəlir, onlara çox gülürəm".

​"Ən son nə vaxt və niyə ağlamısan?" sualını da cavablandıran argentinalı ulduz, həssas biri olduğunu gizlətməyib: "Bəzən film izləyərkən ağlayıram. Həssas insanam. Özümü filmin duyğusuna buraxıram. Xüsusilə real hadisələrə əsaslanan filmləri daha dərindən hiss edirəm",-deyə qeyd edib.

Mövsüm,

AzNews.az