- Fanat
- 8 Yanvar 14:26
- 2 202
Erlinq Holann Premyer Liqanın tarixinə düşüb
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqanın tarixinə düşüb.
Aznews.az xəbər verir ki, norveçli futbolçu bunu XXI turda "Brayton"a qarşı keçirilən oyunda (1:1) reallaşdırıb.
25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında 35 mininci qolun müəllifi olub. O, 41-ci dəqiqədə penaltidən fərqlənməklə bunu reallaşdırıb.
Turnirdə 30 mininci qolu isə 2021-ci ilin avqustunda "Bernli"nin üzvü Kris Vud vurmuşdu.
Qeyd edək ki, E.Holann cari mövsümdə Premyer Liqada meydana çıxdığı 21 oyunda 20 qola imza atıb. O, hazırda bombardirlər siyahısına başçılıq edir.