- Fanat
- 10 Yanvar 10:38
- 2 433
Mərakeş yarımfinaldadır
35-ci Afrika Millətlər Kubokunda (AFCON 2025) ev sahibi Mərakeş Kamerunu 2-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Afrika Futbol Konfederasiyasının təşkil etdiyi və Mərakeşin ev sahibliyi etdiyi turnirin dörddəbir final matçında Mərakeş Kamerunla qarşılaşıb.
Mərakeş 26-cı dəqiqədə Brahim Diaz və 74-cü dəqiqədə İsmael Saibarinin qolları ilə 2-0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Mərakeş yarımfinalda Əlcəzair-Nigeriya matçının qalibi ilə qarşılaşacaq.
Mövsüm,
AzNews.az