"Neftçi" Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib.

Aznews.az xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsində "Neftçi" və "Lənkəran" kollektivləri qarşılaşıblar.

Bakı İdman Sarayında baş tutan matçda 86:54 hesablı qələbə qazanan paytaxt təmsilçisi 1/4 finala yüksəlib.

"Neftçi"nin növbəti raunddakı rəqibi "Gəncə" komandası olacaq. Bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.