• Fanat
  • 13 Yanvar 22:45
  •  781

Antonio Konte iki oyunluq diskvalifikasiya edilib

"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.

Aznews.az xəbər verir ki, buna 56 yaşlı mütəxəssisin İtaliya çempionatının XX turunda "İnter"ə qarşı keçirilən matçda etdiyi aqressiv hərəkətlər səbəb olub.

O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, Antonio Konte komandasının "Parma" və "Sassuolo" ilə matçlarını tribunadan izləməli olacaq.

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.