- Fanat
- 11:54
- 641
Məşhur futbolçu saxlanıldı - FOTO
Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində hüquq mühafizə orqanları növbəti əməliyyat keçiriblər.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı keçmiş futbolçu Ümit Karan saxlanılıb.
Bundan başqa, saxlanılan 18 şübhəli arasında sosial şəbəkə fenomenləri Merve Sanay, Bade Nogay və Deniz Berk Cengiz də yer alır.
Şübhəlilərin 18 saylı İstanbul Ədliyyə sarayına aparıldığı bildirilir. Şübhəlilər tibbi müayinədən sonra məhkəməyə təhvil veriliblər.
Aznews.az