Qarabağın qələbəsinə beynəlxalq reaksiya: ABŞ səfirliyindən təbrik

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda Azərbaycan təmsilçisi “Qarabağ” FK Almaniyanın güclü klublarından olan “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edərək Avropa futbolunda növbəti tarixi uğuruna imza atdı.

Matç yüksək temp və dramatik anlarla yadda qaldı. Qarabağ oyunun son dəqiqələrində göstərdiyi əzm və xarakter sayəsində vacib qələbə qazandı. Bu nəticə təkcə turnir baxımından deyil, həm də Azərbaycan futbolunun beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşıyır.

Qələbə dünya futbol ictimaiyyətinin də diqqətindən yayınmayıb. ABŞ-ın Bakıdakı Səfirliyi rəsmi sosial media hesabında paylaşım edərək Qarabağ FK-nı təbrik edib. Paylaşımda komandanın əzmkarlığı, komanda oyunu və Azərbaycan futbolunun Avropa arenasında artan gücü xüsusi vurğulanıb.

Bundan başqa, bir sıra məşhur futbol səhifələri və beynəlxalq idman portalları da Qarabağın Frankfurt üzərində qələbəsini “sensasiya”, “möhtəşəm dönüş” və “tarixi nəticə” kimi dəyərləndirib.

Qarabağın bu uğuru bir daha göstərir ki, Azərbaycan klubu artıq Avropa arenasında təsadüfi deyil və böyük rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq gücünə malikdir.

Mövsüm,

AzNews.az