"Bavariya"ya ilk məğlubiyyətini aldı - Almaniya Bundesliqası

Almaniya Bundesliqasının 19-cu turunda "Bavariya" evdə "Auqsburq"a 2-1 hesabı ilə məğlub olub.

Aznews.az xəbər verir ki, qalib komandadan qolları Artur Çaves (75-ci dəqiqə) və Xan-Noa Massenqo (81) vurublar. "Bavariya"nın heyətində Hiroki İto (23) fərqlənib.

Bu, "Bavariya"nın cari Bundesliqa mövsümündə ilk məğlubiyyətidir. Bundan əvvəl komanda 16 qələbə qazanmış və iki heç-heçə etmişdi. Klub turnir cədvəlinə 50 xalla başçılıq edir.

"Auqsburq" 19 xalla 13-cü yerdədir.