Azərbaycan millisinin üzvü Serbiya klubuna transfer olunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Alina Nəhmədova klubunu dəyişib.

Aznews.az xəbər verir ki, müdafiəçi Serbiyanın "Partizan" klubuna transfer olunub.

Alina Nəhmədova son olaraq "Neftçi"nin şərəfini qoruyub.