- Fanat
- 18:50
- 1 624
Misli Premyer Liqasının 19-cu turunun təyinatları açıqlandı
Misli Premyer Liqasının 19-cu turu üzrə oyunların hakim təyinatları məlum olub.
AzNews.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Tur “Sabah” – “Araz-Naxçıvan” matçı ilə start götürəcək. Sözügedən qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Turun son oyunu olan “Neftçi” – “Qəbələ” görüşü isə Əliyar Ağayevə həvalə olunub.
Misli Premyer Liqası
İkinci dövrə, 19-cu tur
8 fevral (bazar)
16:00 “Sabah” - “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”
18:30 “Sumqayıt” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
9 fevral (bazar ertəsi)
14:30 “İmişli” - “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu
18:30 “Turan Tovuz” - “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
10 fevral (çərşənbə axşamı)
14:30 “Şamaxı” - “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu
19:00 “Neftçi” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”
AzNews.az