- Fanat
- 12:00
- 2 122
"Mançester Siti"də yeni müqavilə
“Mançester Siti” futbolçusu Divin Mukasa ilə müqaviləni uzadıb.
AzNews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2030-cu ilin yayına kimidir.
Qeyd edək ki, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş Mukasa 2023-cü ildə "Vest Hem"dən "Mançester Siti"yə keçib. O, başa çatan mövsümü “Lester”də icarə əsasında oynayıb. Mukasa Çempionşipdə 15 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.