Hücum zamanı çox sayda binaya zərər dəyib Hücum zamanı çox sayda binaya zərər dəyib
  • Flash
  • 12 Dekabr 2018 15:49
  •  4 452

Suriyada partlayış - 1 ölü, 20 yaralı var

Hücum zamanı çox sayda binaya zərər dəyib

Suriyanın Azez bölgəsində bomba dolu maşın partlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azez şəhər meydanında günorta saatlarında bomba dolu maşın partladılıb. PKK/YPG terror qruplaşması tərəfindən təşkil olunduğu deyilən partlayışda ilkin məlumatlara görə 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Vəziyyəti ağır olanlar Azezdəki xəstəxanalardan Kilisə göndərilib.

Yerli qaynaqlar partlayış zamanı 12 yaşlı bir qız uşağının öldüyünü açıqlayıb.

Pərvanə Ağazadə

AzNews.az