Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb. Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.
  • Flash
  • 13 Dekabr 2018 18:57
  •  12 990

Tamerlan Qarayevlə bağlı SƏRƏNCAM

Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

AzNews.az