• Flash
  • 18 Dekabr 2018 19:53

Vahid Mustafayev yeni saat təqdim etdi - FOTOLAR

Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olundu.

VMF Şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası “VMF” saatlarının təqdimat mərasimini keçirdi.

AzNews.az xəbər verir ki, tədbiri açılış sözü ilə açan Vahid Mustafayev şirkətin 20 ildir yarandığını, illər boyu yüzlərlə Avropa və Asiya saatşunaslıq təlim və kurslarından müvəffəqiyyətlə keçdiklərini deyib.

O kolleksiyaların adı ilə bağlı məlumatlar verərək, "Naxış" kolleksiyasını anasının adına həsr etdiyini bildirib.

Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olundu.

“VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı, tenor Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən “Muğam”, “Azman”, “Tor” və “Ulduz” kolleksiyasının elçisidir. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən “Muğam” kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən “Şuşanın dağları” mahnısını canlı ifa etdi. Mənsum İbrahimova “VMF saatlarının elçisi” sertifikatı və “Muğam” ailəsindən olan qol saatı təqdim olundu.

“Miras”, “Bulvar” və “Naxış” kolleksiyasının elçisi oldu.

“Naxış” kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan “Qavalla rəqs” canlı olaraq nümyiş etdirildi. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurdu. Təranə Muradovaya “VMF saatlarının elçisi” sertifikatı və “Naxış” ailəsindən olan qol saatı təqdim olundu.

Təqdimat mərasimində xalq şairi Sabir Rüstəmxanlı və sənətşünaslıq elmləri doktoru, xalq artisti Leyla Şıxlinskaya da çıxış etdi.

Tədbirdə həm də 12 nəfər müsabiqə nəticəsində VMF markasının saatlarına sahib oldu.

Nigar CƏFƏR

AzNews.az

image description image description