ABŞ əsas diqqətini Suriya hökumətində islahatların keçirilməsinə yönəldib. ABŞ əsas diqqətini Suriya hökumətində islahatların keçirilməsinə yönəldib.
  • Flash
  • 19 Dekabr 2018 12:42
  •  6 129

ABŞ Ərdoğanın o sözlərinin yalan olduğunu dedi

ABŞ əsas diqqətini Suriya hökumətində islahatların keçirilməsinə yönəldib.

ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fıratın şimalında keçiriləcək əməliyyatla bağlı ABŞ-ın mövqeyi haqqında dediklərini yalana çıxarıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Robert Palladino Ərdoğanın sözügedən açıqlamasının “yanıldan bəyanat” olub-olmadığı haqqında verilən suala “Bəli” cavabını verib.

"ABŞ əsas diqqətini Suriya hökumətində islahatların keçirilməsinə və Suriyada hər kəsin sülh şəraitində yaşamasına imkan verəcək şəraitin yaradılmasına yönəldib". Palladino belə deyib.

Qeyd edək ki, Fıratın şərqində keçiriləcək əməliyyatlarla bağlı Donald Trampla telefonla danışdığını deyən Ərdoğan “Fıratın şərqində hərbi əməliyyat keçirəcəyimizi rəsmən elan etdik. Cənab Tramp ilə bunları müzakirə etdik, müsbət cavab verdilər” deyib.

Ərdoğan Suriya torpaqlarında hər an yeni əməliyyatın başlayacağını bildirib.

Pərvanə Ağazadə

AzNews.az