- Flash
- 1 Oktyabr 22:09
- 4 393
"Dövlət telekanallarının müxbirləri yerə uzanmışdılar" - "Reuters"
İran İsrailin Livandakı Hizbullah qruplaşmasına qarşı apardığı kampaniyaya cavab olaraq çərşənbə axşamı İsrailə ballistik raket zərbələri endirib.
AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, İsraillilərin bomba sığınacaqlarına toplaşması üçün bütün ölkədə həyəcan siqnalları verilib. Yerusəlimdə və İordan çayı vadisində partlayış səsləri eşidilib. Dövlət televiziyasının müxbirləri canlı yayım zamanı yerə uzanıblar.
İsrail ordusunun radiosu İrandan İsrailə 200-ə yaxın raket atıldığını bildirib.
İran İnqilab Keşikçiləri isə İranın İsrailə onlarla raket atdığını təsdiqləyərək, İsrail cavab verdiyi təqdirdə Tehranın daha da "sarsıdıcı və dağıdıcı" cavab verəcəyini bəyan edib.