Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə novruz şənlikləri günlərində Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum gününün130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib. Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə novruz şənlikləri günlərində Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum gününün130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib.

Üzeyir Hacıbəyovun 130 illik yubiley gecəsi keçirildi - Qırğızıstanda (Fotolar)

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə novruz şənlikləri günlərində Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum gününün130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib.


AzNews.az xəbər verir ki, bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun yubiley gecəsi Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında keçirilib.

Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun ölməz əsərlərini dinləməyə Qırğız Respublikasının hökumət üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız da dəvətli olublar.

A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının direktoru Bolot Osmonov Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qırğız Respublikası mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov belə böyük tədbirin Bişkekdə keçirilməsinə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür edərək, dahi sənətkar Üzeyir Hacıbəyovun yubileyinin Bişkekdə keçirilməsinin xüsusi önəm daşıdığını, qırğız xalqının Şərqin ilk məşhur opera bəstəkarının müəllifinə böyük rəğbət bəslədiyini qeyd edib.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. Diplomat qeyd edib ki, ölkələrimiz arasında mədəniyyət və ədəbiyt sahəsində mübadilənın gücləndirilməsinin əslində tarixi kökləri var. Səfir Hidayət Orucov Qırğızstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə elan etdiyi 2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə tövhə olaraq , Qırğızstanda Azərbaycan və Azərbaycanda Qırğızstan Mədəniyyət Günlərinin keçiriləcəyini, bu tədbirlərdə Qırğızstan Xalqları Assambleyasına daxil olan "Azəri" İctimai Birliyinin də yaxından iştirak edəcəyini deyib. təşəbbüsü ilə həsr olunan tədbir keçiriləcəkdir. O eyni zamanda

Üzeyir Hacıbəyovun yaradıcılığından danışan azərbaycanlı diplomat , bu dahi sənətkarın şərq musiqisi elementləri Avropa klassik ənənələrinə uyğunlaşdırmasını musiqi dünyasında hadisə adlandırıb. Üzeyir Hacıbəyovun yubileyinin Novruz bayramı ərəfəsində keçirilməsini isə Üzeyir Hacıbəyov isə bütün müsəlman dünyasında klassik musiqinin baharı-novruzu olduğu ilə əlaqələndirərək, onun əsərlərini əbədi bahar adlandırıb.
Səfir Qırğızıstan Milli Akademik Opera və Balet teatrının solisti Asel Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında "Arşın mal alan" operettasından partiya ifa etdiyini,"Arşın mal alan"ın dünyanın 76 ölkəsində 187 teatrda səhnələşdirildiyini yubiley iştirakçılarının diqqətinə çatdırıb.
Üzeyir Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş bahar qala-konsertində Qırğızıstanın tanınmış sənət adamları, eləcə də Azərbaycandan gələn istedadlı opera müğənniləri çıxış edərək, yubiley konsertində iştirak edənlərə gözəl bahar əhval-ruhiyyəsi bəxş ediblər.
Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın xalq artisti Jumakadır Kanimetov, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın xalq artisti, professor Azər Zeynalov, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış etmişlər.

Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət olan Qala-konsertin rejissoru İskender Saatbayevdir.

Aida Eyvazova
image description image description image description image description image description image description image description image description