- Köhnə - Günün fotosu
- 29 İyul 2016 14:39
- 42 917
ANS-də fövqəladə toplantı - Mirşahindən ilk reaksiya (Fotolar + Video)
Hazırda ANS TV-də fövqəladə toplantı keçirilir.
Məlumata görə, telekanalın rəhbərliyinin toplantısından sonra məsələ ilə bağlı bəyanat veriləcək.
Müxtəlif KİV nümayəndələri toplantının yekununu gözləyirlər.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə açıqlama verib: "Məlumdur ki, məhkəmə ANS TV-nin fəaliyyətinə xitam verib. Təbii ki, biz bununla razılaşmırıq. Müvafiq instansiyasılara müraciət edəcəyik".
Qeyd edək ki, bu gün məhkəmə ANS TV-nin lisenziyasına xitam verib.
Musavat.com






