Məşhur loqotiplərin arxasında gizli ismarıclar yer alır. Məşhur loqotiplərin arxasında gizli ismarıclar yer alır.

Məşhur brendlərin loqotiplərinin gizli mənaları- FOTO

Məşhur loqotiplərin arxasında gizli ismarıclar yer alır.

AzNews.az məşhur loqotiplərdən bir neçəsinin mənasını açıqlayır.

İnsanlar hər gün bütün dünyada məşhur olan loqotiplərlə qarşılaşırlar. Loqotiplərə televiziya reklamlarında, işə gedərkən, insanların üzərindəki köynəklərdə və sairə yerlərdə rast gələ bilərik. Əksər hallarda bu loqotiplərin nə məna daşıdığı barədə heç fikirləşmirik də. Çoxlarına loqotiplər mücərrəd xətlərdən ibarət təsvir kimi gələ bilər. Lakin heç də həmişə belə olmur.

"McDonalds" ilk restoranlarının memarları binaları qızıl tağlar ilə bəzəməyi düşünüblər. Lakin daha sonra şirkət bu loqotipdən imtina etmək istəsə də, psixoloq Luis Çeskin rəhbərliyi bu fikirdən çəkindirib. O bildirib ki, bu loqotip tərsinə çevrilmiş qadın sinəsinə bənzəyir və insanlara qayğısız uşaqlıq illərini xatırladır.

“Chanel” brendinə məxsus loqotipin romantik tarixçəsi var. Onu Koko Şanel Fransanın Nis şəhərində Şato Krema qalasında olarkən özü çəkib. Rəvayətə görə, o, qalanın tağşəkilli qapılarından ilhamlanaraq belə bir təsvir yaradıb.

“Google” şirkətinin loqotipində də gizli ismarıc var. Loqotipin hərfləri müəyyən alqoritmə əsasən düzülmüş 3 rəngdən ibarətdir. 4-cü yaşıl rəng isə alqoritmi pozan rəngdir. Burada ismarıc ondan ibarətdir ki, “Google” şirkəti stereotipləri qırır və heç bir qaydalara tabe deyil.

“Gillette” ülgüc istehsalçısının loqotipinə ilk baxışda markanın sadəcə adını görsək də, diqqətlə baxdıqda G və I hərflərinin üzərində ülgüc formasını müşahidə etmək olur.

Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi Motors”a məxsus loqotipin əsasını İvasaki ailəsinə məxsus gerb təşkil edir.Onların gerbi 3 brilliant şəklindən ibarətdir. Brilyantlar etibarlılıq, bütünlük və uğur, qırmızı rəng isə, etimad bildirir. Yaponların fikrinə görə, məhz bu rəng müştəriləri cəlb edir.

“Nike” firmasının bu loqotipinin hazırlanması şirkətə cəmi 35 dollara başa gəlib. Loqotipi 1975-ci ildə tələbə qız hazırlayıb. Lakin onun qədim yunan qələbə ilahəsi Nikanın qanadı olduğunu təsəvvür etmək çətindir.

“Pepsi” şirkətinə məxsus içkinin bu loqotipi də tərsinə çevrildikdə məna kəsb edir. Şirkət bu içkiləri ilk dəfə Meksikada “Ölülər Günü” ilə əlaqədar istehsal edib. Sözü tərsinə çevirib oxuduqda “isded” yəni “ölüdür” mənasını verir.

Bəxtiyar Abbasov.

AzNews.az