ABŞ-da güclü qasırğa 155 min insanı işıqsız qoydu - Fotolar

ABŞ-ın Texas ştatında güclü “Harvi” qasırğası nəticəsində Kоrpus-Kristi şəhərində 155 min insan elektrik enerjisiz qalıb.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, qasırğa avqustun 26-sı gecə saatlarında Texasın sahilyani ərazilərindən başlayıb.

Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 km-ə çatıb.

Qasırğanın epsentrinə düşən ərazilərin sakinləri təxliyə edilib, digər ərazilərdə isə əhaliyə texniki təhlükəsizliklə bağlı təlimat verilib.

ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsi ilə bir neçə dəfə əhalidən təhlükəsizlik məsələlərində diqqətli olmağı və hakimiyyətin göstərişlərinə əməl etməyi xahiş edib.

AzNews.az