Məşhurlar xarici görkəmini dəyişmək üçün bəzən dəfələrlə plastik əməliyyatlardan keçmək məcburiyyətində qalırlar. Lakin, bəzən bu əməliyyatlar sonda bədbəxtliyə səbəb olur. Məşhurlar xarici görkəmini dəyişmək üçün bəzən dəfələrlə plastik əməliyyatlardan keçmək məcburiyyətində qalırlar. Lakin, bəzən bu əməliyyatlar sonda bədbəxtliyə səbəb olur.

Plastik əməliyyatların qurbanı olan məşhurlar – Fotolar

Məşhurlar xarici görkəmini dəyişmək üçün bəzən dəfələrlə plastik əməliyyatlardan keçmək məcburiyyətində qalırlar. Lakin, bəzən bu əməliyyatlar sonda bədbəxtliyə səbəb olur.

Aznews.az plastik əməliyyatın qurbanlarına çevrilən məşhurları təqdim edir.

Maykl Cekson – Amerikalı pop ulduz

Maykl Cekson 10 il ərzində 10-a yaxın plastik əməliyyat olub. Cekson bu əməliyyatlar zamanı alın nahiyəsi, burnu, yanaqları, dodaqları və çənəsinin formasını dəyişdirib. Əksər cərrahlar bildirir ki, Cekson dərisinin rəngini süni yolla dəyişdirib. Lakin, müğənni bu dəyişikliyin plastik əməliyyatlarla əlaqədar deyil, vitiliqo adlanan xəstəliklə əlaqədar olduğunu deyib. Bundan başqa, Cekson qırmızı qurd eşənəyi xəstəliyindən də əziyyət çəkib. Bu cür xəstəlikdən əziyyət çəkənlərin dərisi Günəş şualarına çox sərt reaksiya verir. Buna görə də dərisini qorumaq üçün sənətçi qalın qrim qatından istifadə etmək məcburiyyətində olub. Daha sonra burnunu əməliyyat etdirib. Müsahibələrindən birində Cekson qeyd edib ki, onu uşaq vaxtı həmişə yekəburun deyə çağırıblar. Burun əməliyyatına getməsinin səbəbi də məhz bu olub. O, bir neçə dəfə burun əməliyyatına gedib. Lakin, artıq 2001-ci ildə etdirdiyi əməliyyat onun burnunda yaranmış problemlə əlaqədar idi. Şayiələrə görə o, hətta, burununun qığırdağını bərpa etmək üçün qulağından xəmirçək aldırmışdı. Bu əməliyyatlar nəticəsində o, çoxlu çəki itirdi. Ölümünə yaxın isə, onun çəkisi 48 kiloqrama qədər düşmüşdü.

Donatella Versaçe – İtaliyalı modelyer

Versaçe dəfələrlə keçirdiyi plastik əməliyyatlar nəticəsində dünyanın ən qorxunc simalı modelyerinə çevrilmişdi. Müsahibələrindən birində Versaçe qeyd edir ki, ona, əsl gözəlliyin xarici görünüşdə deyil, insanın daxilində olduğunu anlamaq üçün uzun müddət lazım oldu.

Boqdanov qardaşları - Fransalı fiziklər

Boqdanov qardaşları elmi fantastika telelayihəsi ilə məşhurlaşmışdılar. Qardaşlar dəfələrlə özlərini botoks əməliyyatlarına məruz qoymuş və nəticədə hipofiz vəzlərini zədələmişdilər. Sonda isə onlar tanınmaz hala düşdülər.

Coan Riverz – Amerikalı komediya aktrisası

Riverz, demək olar ki, bədəninin bütün nahiyələrini, ümumilikdə, 739 dəfə olmaqla plastik əməliyyat etdirib. Tanınmaz hala düşən aktrisa 2012-ci ildə plastik əməliyyatlardan imtina edir. Müsahibələrdən birində o, belə deyir: “Dodaqlarımı tərpədə bilmədiyim üçün doğum günümdə, hətta, tortun üzərindəki şamı belə üfürə bilmədim”. 2014-cü ildə keçirdiyi səs telləri əməliyyatı nəticəsində aktrisa dünyasını dəyişdi.

Cenis Dikinson – Amerikalı supermodel

Dikinson alkoqolizm, narkomaniya, anoreksiya və digər xəstəliklərdən dəfələrlə müalicə alıb. O, etiraf edir ki, onun dietası ayda bir dəfə salat və gündə iki dəfə kokaindən ibarətdir. Dəfələrlə plastik əməliyyatlardan keçən model “Bədənimin bütün nahiyələri saxtadır, lakin mən möhtəşəm görünürəm” deyirdi. O, hətta, sinə əməliyyatını canlı efirdə etdirimişdi. Lakin, burun əməliyyatlarının sonuncusu onun gözəlliyini tamamilə əlindən aldı.

Jaklin Stallone – Aktyor Silvestr Stallonenin anası

Ceki ləqəbi ilə tanınan qadının xarici görünüşü 90-cı illərin ortalarında dəyişməyə başladı. Yaşlılıqla əlaqədar burnunun uc tərəfi salanmağa başladığı üçün o, bundan narahat olurdu və buna görə əməliyyata getməli oldu. Lakin, əməliyyat uğursuz keçmişdi.

Bəxtiyar Abbasov

Aznews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description