- Köhnə - Günün fotosu
- 29 May 2015 11:42
- 40 075
Göygöl sakinindən I Avropa Oyunları ilə bağlı – Kağız əl işləri
Göygöl rayonunun sakini Mübariz Cəfərov I Avropa Oyunları ərəfəsində maraqlı işə imza atıb.
AzNews.az xəbər verir ki, 45 yaşlı M.Cəfərov turistlərin diqqətini çəkmək üçün A4 kağızından əl işləri düzəldib.
O, 8 aya təxminən 40 təyyarə və 10 qu quşu maketi hazırlayıb.
Mübariz Cəfərov bununla bağlı bildirib ki, məqsədi Azərbaycanda istedadlı insanların olmasını I Avropa Oyunları ərəfəsində dünya ictimaiyyətinə nümayiş etdirməkdir.
Qeyd edək ki, maketlərin hər birinin üzərində Azərbaycan bayrağı əks edilib.







