- Köhnə - Günün fotosu
- 3 İyun 2015 23:01
- 7 434
Azərbaycan Kuboku meydançaya paraşütlə gətirildi - FOTO+VİDEO
Qəbələ şəhər stadionunda "Qarabağ" - "Neftçi" Azərbaycan Kubokunun final matçı öncəsi Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olunub.
AzNews.az PFL-in saytına istinadən xəbər verir ki, Nəsib Nurun aparıcısı olduğu məclis Röyanın iştirakı ilə konsert proqramı ilə davam edib.
Ən həyəcanlı an is Kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi olub. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə enib və paraşütçü Kuboku müvafiq şəxslərə təqdim edib.
Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndirdilər.