- Köhnə - Günün fotosu
- 12 Avqust 2015 00:32
- 10 984
Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu - FOTO
Jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı tutulanlardan daha biri sabiq futbolçudur.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bu gün haqqında həbs qəti imkan tədbiri seçilmiş 6 nəfərin işində olan Camal Məmmədov 2013-cü ildə futbolçu karyerasını başa vurub.
Karyerası ərzində "Standart", "İnter", "Karvan", "Turan" kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinində şərəfini qoruyub. Hadisə ilə əlaqədar saxlanılan Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da keçmiş futbolçudur. Elşən İsmayılov "Azal" və "Qəbələ" futbol klublarında oynayıb.
Elşən İsmayılovAvqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Camal Məmmədov