Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Nazirlər Kabinetini qurmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifə alıb. Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Nazirlər Kabinetini qurmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifə alıb.

Davudoğlunun millət vəkillərinə göndərəcəyi məktub - FOTO

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Nazirlər Kabinetini qurmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifə alıb.


Vəzifənin verilməsindən sonra Türkiyədə ilk dəfə seçki hökumətinin qurulması üçün hazırlıqlara başlanılıb. Əhməd Davudoğlunun hökumət qurmaq üçün 5 gün vaxtı var.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş nazir Davudoğlunun seçki hökumətində yer almasını istədiyi millət vəkillərinə ünvanladığı məktubda onlara hansı nazirliyi verəcəyi göstərilməyib. Məktubda "müvəqqəti hökumətdə yer almağınızı istəyirəm" ifadəsi əks edilib. Davudoğlu həmçinin, məktuba 24 saat ərzində cavab verilməsini gözləyir. Millət vəkillərinə ünvanlanacaq olan məktubda sadəcə dəvət var.



Aydan Axundova