- Köhnə - Günün fotosu
 - 29 Sentyabr 2015 20:04
 - 7 734
 
HDP-dən bayrağımıza hörmətsizlik – FOTOFAKT
            Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirdaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib.
AzNews.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank "twitter" səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib.
Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.
"HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar", - Mustafa Varank statusunda yazıb.