- Köhnə - Günün fotosu
- 23 Dekabr 2015 15:08
- 8 105
Azərbaycanlı biznesmen İŞİD-ə qoşulub – Qayınatasının iddiası
Moskvada 28 yaşlı qadın həyat yoldaşı olan Azərbaycanlı biznesmenlə İŞİD sıralarına qoşulmaq üçün ölkədən qaçıblar.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qadının 51 yaşlı atası Artur Mkrtumyan məlumat verib.51 yaşlı ata hesab edir ki, azərbaycanlı oğlanla evləndikdən sonra İslamı qəbul edən qızı əri ilə birlikdə "İslam Dövləti"nə (İŞİD) qoşulub. O, sözlərinə sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə etmələrini göstərir.
O, qızı Mariya Samoylovanın vətəndaş nikahında yaşadığı Yuri İsmayılovun Bakıdakı qohumlarının da cütlüyün bu şəhərdə yaşamalarını təsdiqləmədiyini diqqətə çatdırır.
Buna baxmayaraq, Moskvanın Lefortovo rayon polis idarəsi Artur Mkurtumyanın şikayəti əsasında istuntaq öncəsi tədbirlər keçirir.
28 yaşlı Mariya Samaylovanın anası və dostları bildiriblər ki, müsəlman adətləri ilə ərə gedən Mariya bütün günü dini ədəbiyyatlar oxuduğuna görə işdən də çıxarılmışdı: "Polislər onu tutsa da tapsınlar, bilək ki, o yaşayır".
Aybəniz