- Köhnə - Günün fotosu
- 5 Yanvar 2016 15:59
- 9 414
Bakıda qaçqınların yaşadığı binada yanğın - Foto
Bakıda yaşayış binasında yanğın başlayıb.
AzNews.az xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayıl "Facebook" hesabında yazıb. O, yanğının Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzinin arxasındakı binada baş verdiyini bildirib: "Nizami rayonunda "Laçın"ın arxa tərəfində İsmayıl Məmmədov küçəsində qaçqınlar olan bina yanır. İnsanlar eyvanlara çıxaraq binadan çıxmağa çalışırlar".
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Təcili yardım maşınları cəlb olunub.
Qafqazinfo.az saytının məlumatına görə isə, mənzillərin birində başlayan yanğından sonra bina sakinləri təxliyyə edilib.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.
