Rusiya mətbuatında “kabuslar şəhəri” haqda məqalə dərc olunub. Rusiya mətbuatında “kabuslar şəhəri” haqda məqalə dərc olunub.

Dağılmış 13 şəhər – Siyahıda Ağdam da var

Rusiya mətbuatında “kabuslar şəhəri” haqda məqalə dərc olunub.


Məqalədə 13 şəhərin adı yer alıb. Onlar arasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhərinin də adı yer alıb. Məqalədə bildirilir ki, Ağdam Ermənistan tərəfindən işğal olunub və vəhşicəsinə dağıdılıb. Sözügedən məqaləni təqdim edirik:

Dünya üzrə 13 "kabuslar şəhəri", onlardan hər birinin öz dəhşətli tarixi var. Dünyada çox sayda tərk edilmiş şəhərlər var. Özünəməxsus tarixi olan belə şəhərlər "kabus şəhərlər" adlandırılır. Bu "kabus şəhər" lərdə çoxdandır heç kimin yaşamamasına baxmayaraq, yenə də minlərlə macəra axtaran turistləri özünə cəlb edir.

1.Pripyat,Ukrayna. Şəhər 1970-ci ildə yaradılıb. 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra ən məşhur "kabuslar şəhəri" kimi tanınır. Bununla əlaqədar, son illərdə şəhərə səyahət etmək istəyən turistlərin sayı dəfələrlə artıb.




2. Sentreyliya, Pensilvaniya, ABŞ. 1962-ci ildə burada yeraltı yanğınlar başlayıb və bugünkü günə kimi də davam edir. Asfaltda çatlar arasından tüstünün çıxması şəkildə aydın görünür.




3. Bu gün qədim Kayaköy Türkiyə ərazisində tamamilə xarabalıqlardan ibarət muzeyə çevrilib. Şəhərin əksər sakinləri hələ türk-yunan müharibəsi zamanı oranı tərk ediblər. Buradakı binalar isə 1957-ci ildə baş verən güclü zəlzələ zamanı dağılıb.




4. Kadıqçan, Rusiya. 1996-cı ildə şaxtada güclü qəzadan sonra bütün sakinlər şəhəri tərk edib. Boş qalan evlərdəki köhnə əşyalar sakinlərin şəhəri təcili tərk etdiyini sübut edir.




5. Çilidəki Çayten şəhəri 2008-ci ildə vulkan püskürməsindən sonra insansız şəhərlər sırasına qoşulub. Vulkanın verdiyi zərər o qədər güclü olub ki, yerli sakinlər qonşu şəhər və kəndlərə köç etməli olublar.




6.Braziliyadakı Fordlandiyanı Henri Fordun ən böyük səhvi adlandırmaq olar. Oliqarx bu ərazidə kauçuk plantasiyalarının yetişdirilməsini arzulayıb, lakin onun bu arzusu baş tutmayıb. Bundan əlavə, Ford plantasiyanın işçilərinin amerikanlaşdırılmasını istəyib. İşçilər onun bu istəyinə 1930-cu ildə üsyanla cavab veriblər. İşçilər cəngəlliklərə qaçıb və ordu gələnəcən burada günlərlə gizləniblər.




7. Azərbaycanın Ağdam şəhəri vaxtılə 150 min əhaliyə malik olub. Lakin Qarabağ müharibəsi zamanı 1993-cü il, iyulun 23-də Ermənistan tərəfindən işğal olunduqdan sonra şəhər tamamilə dağıdılıb. Hazırda şəhərin yerində ancaq Ağdam qalasının qalıqlarını görmək olar.




8.Halmer-Yu-Komidə yerləşən "kabus şəhər"dir. Bu yaşayış məntəqəsi üçün sonun başladığı tarix postsovet dövrünə təsadüf edir. Sakinlər burada 1995-ci il – qazanxanalarının söndürülməsinə kimi yaşayıblar. Sakinlər şəhəri OMON-un iştirakılə güclə tərk ediblər.




9. Şurab – Tacikistanın cənubunda şəhər.




10. Rusiyanın 1998-ci ildə qorunmaya alınan şaxtaçı qəsəbəsi – Piramida.




11. Siciliyanın kabus şəhəri Podjoreale. Şəhər 1968-ci ildə baş verən güclü zəlzələdən sonra bu vəziyyətə düşüb.




12. Krako – İtaliyanın daha bir tərk edilmiş şəhəri.




13.Syuel – Çilinin artıq insan yaşamayan şaxtaçı şəhərciyi.




Aydan AXUNDOVA