Ağdamda 15 yaşlı məktəbli qız qazdan zəhərlənərək ölüb. Ağdamda 15 yaşlı məktəbli qız qazdan zəhərlənərək ölüb.

15 yaşlı şagird dəm qazından öldü - Foto

Ağdamda 15 yaşlı məktəbli qız qazdan zəhərlənərək ölüb.


AzNews.az-ın məlumata görə, bədbəxt hadisə rayonun Mahrızlı kəndində baş verib. Məlumata görə, Mirizadə Məlahət Bəxtiyar qızı hamamda yuyunduğu zaman mavi qazla işləyən "pitminutka"dan qaz sızması nəticəsində boğulub.

Ailəsi 15 yaşlı qızın gec çıxdığını gördükdə içəri daxil olduqları zaman onu huşsuz vəziyyətdə yerə uzanan görüblər. Ağdam Təcili Tibbi Yardım Şöbəsinin həkimləri hadisə yerinə çağrılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, M.Mirizadə Ağdam rayon Təhis Şöbəsinin Zəngişalı kənd Tam orta məktəbinin 10-cu sinif şagirdidir.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.