“VAZ-2101” markalı avtomobillə piyadanı vurdu

Lənkəran rayonu Balıqçılar qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 1-də Lənkəran rayonununda qəsəbə sakini Samir Vəliyev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Muradovu vurub. Xəstəxanaya yerləşdirilən A.Muradov fevralın 8-də orada ölüb.

Araşdırma aparılır.