Naməlum avtomobillə piyada vuruldu

Naməlum avtomobillə şəhər sakini N.Həsənova vurulub.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Nuriyyə Həsənova vurulub. N.Həsənova xəstəxanaya yerləşdirilib.

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Ford" markalı avtomobilin sürücüsü, şəhər sakini Fərid Mövsümov saxlanılıb.

ŞPŞ tərəfindən araşdırma aparılır.