Hər iki uşaq 12 yaşlı qızla cinsi əlaqədə olublar Hər iki uşaq 12 yaşlı qızla cinsi əlaqədə olublar

12 yaşlı qız 27 yerindən bıçaqlandı - QATİL UŞAQLAR

Hər iki uşaq 12 yaşlı qızla cinsi əlaqədə olublar



Türkiyənin Ərzurum vilayətinin Tortum bölgəsində dəhşətli cinayətin üstü aşlılıb. 2 il əvvəl ayı tərəfindən qaçırıldığı hesab edilən qızın cəsədi 4 gün sonra tapılmışdı.

Daha sonra məlum olub ki, 12 yaşındaki Nuray Akpınar 13 ve 15 yaşında olan iki uşaq tərəfindən əlləri bağlanaraq 27 yerindən bıcaqlanıb. Ancaq qız ölmədiyindən ot bağlamaq üçün istifadə edilən iplə boğularaq öldürülüb.

Məhkəmə qətldə təqsirləndirilən 13 və 15 yaşlı uşaqlara 35 illik həbs cəzası tələb edir. Məhkəmə materiallarına görə, hər iki uşaq 12 yaşlı qızla cinsi əlaqədə olublar.

Təqsirləndirilən şəxslər ifadələrinə qıza təcavüz etmədiklərini, onun öz razılığı ilə birlikdə olduqlarını və daha sonra onları şantaj etməklə pul istəyən qızı öldürdüklərini bildiriblər.

Elnarə Əlosmanqızı
AzNews.az