Bakıda silah-sursat aşkarlandı

Bakı şəhər sakini F.Soltanovda qaz tapançası və patronlar aşkarlanıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Faiq Soltanovdan "Biow" markalı qaz tapançası və 11 ədəd patron götürülüb.