Daxili İşlər Nazirliyi və Baş prokurorluq Ağcabədidə baş verən qətllə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi və Baş prokurorluq Ağcabədidə baş verən qətllə bağlı məlumat yayıb.

Baş prokurorluqdan Ağcabədidə baş verən qətllə bağlı - Açıqlama (Yenilənib)

Daxili İşlər Nazirliyi və Baş prokurorluq Ağcabədidə baş verən qətllə bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, fevralın 10-da Ağcabədi şəhərində yaşayan Kamilə Əhmədovanın küt alətlə qətlə yetirilən meyiti mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakinləri Cəlal Məsimov və Samir İsayev tutulublar.

Belə ki, fevralın 10-da saat 21-30-da rayon sakini, 1956-cı il təvəllüdlü Kamilə Əhmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin Ağcəbədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə qabaqcadan əlbir olaraq tamah məqsədilə K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü ilə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra mənzidə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından onlar hadisə yerini tərk ediblər.

İstintaq zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd mətbəx bıçağı hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.