- Köhnə - Hadisə
- 17 Fevral 2016 09:21
- 3 172
Yanacaqla yüklənən qayıqda yanğın baş verdi
Bakı şəhəri, Səbail rayonunda yanacaqla yüklənən qayıqda yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda dənizin sahilində dayanan ümumi sahəsi 15 kv.m olan qayığın içərisinə yığılan, hər biri 200 litr olan 9 ədəd yanacaqla dolu çəlləkdən 2 kv.m sahəyə dağılan yanacaq yanıb. Qayıq və yanacaq çəlləkləri yanğından mühafizə olunub.
Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.