Daxili İşlər Nazirliyi Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Bağ evində baş verən qətllə bağlı - Rəsmi məlumat

Daxili İşlər Nazirliyi Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, fevralın 14-də Sabunçu rayonunun Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun küt alətlə qətlə yetirilən meyiti evinin həyətində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.