Bu gün günorta saatlarında Müngəçevir şəhərində bir nəfər özünü öldürmək istəyib. Bu gün günorta saatlarında Müngəçevir şəhərində bir nəfər özünü öldürmək istəyib.

İntihara cəhd etdi - Özünü “Kür”ə atdı

Bu gün günorta saatlarında Müngəçevir şəhərində bir nəfər özünü öldürmək istəyib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən "Kür" çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb.