ABU-nun sabiq rektorunun evindən 400 videokaset tapılması xəbəri təkzib edilib ABU-nun sabiq rektorunun evindən 400 videokaset tapılması xəbəri təkzib edilib

Elşad Abdullayevin evində axtarış aparılmayıb

ABU-nun sabiq rektorunun evindən 400 videokaset tapılması xəbəri təkzib edilib



Baş Prokurorluq "Yeni Müsavat" qəzetinin internet səhifəsində "mötəbər" mənbəyə istinadən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə məlumata münasibət bildirib.

Baş prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, E.Abdullayevin evində axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil: "Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur".

AzNews.az