Bu gecə Bakıda avtomobil piyadanı vurub. Bu gecə Bakıda avtomobil piyadanı vurub.

Bakıda avtomobil piyadanı vurdu

Bu gecə Bakıda avtomobil piyadanı vurub.


Hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyada, 19 yaşlı Mətanət Səmədovanı vurub. Gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım birqadası çağırılıb. Yaralı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Pirallahı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Piyadanı vuran avtomobilin müəyyənləşdirilməsi və sürücünün tapılması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür.

APA.az