- Köhnə - Hadisə
- 29 Fevral 2016 09:41
- 3 011
Ağcabədidə çayxana yandı

Ağcabədi rayonunda çayxana yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan çayxananın tavanı 30 kv.m sahədə və 2 ədəd soyuducu yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.