- Köhnə - Hadisə
- 7 Mart 2016 13:10
- 2 102
Ağdaşda avtomobil hasara çırpıldı - 2 nəfər öldü
Ağdaş rayonunun Türyançay qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi olub.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istimnadən xəbər verir ki, martın 6-da saat 20 radələrində Ağdaş rayonunun Türyançay qəsəbəsində Qəbələ rayon sakini Nail Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı hasara vurub.
Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Şəfiqə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.