- Köhnə - Hadisə
- 11 Mart 2016 09:07
- 2 826
Şəkidə ərzaq mağazası yandı
Şəki rayonunda ərzaq mağazası yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki rayonu, Baş Küngüt kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümümi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.