- Köhnə - Hadisə
- 13 Mart 2016 22:10
- 3 406
7 yaşlı uşaq yol qəzasının qurbanı oldu
Bu gün saat 17 radələrində Bakı - Quba - Rusiya sərhədi yolunun 122-ci km-də Şabran şəhəri ərazisində 7 yaşlı piyada uşaq yol qəzasının qurbanı olub.
Bakıdan Quba istiqamətinə gedən, Xaçmazın Cax-Caxlı kənd sakini, 51 yaşlı Şamil İsmayılovun idarə etdiyi VAZ 21043 markali avtomobillə yolu keçən Şabran şəhər sakini, 7 yaşlı Rüstəm Mirzəyev vurulub. Uşaq dərhal keçinib.
Hadisə yerini muayinə etmiş BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, uşaq hadisə vaxtı atası ilə birgə olub, qəfildən o qaçıb yola çıxıb.
Qəzanın baş vermə səbəbi araşdırılır.
Ans press