Ağdamda bir nəfər öz həmyerlisini girov götürüb. Ağdamda bir nəfər öz həmyerlisini girov götürüb.

Silahlı şəxs həmyerlisini girov götürdü - Ağdamda olay (Yenilənib)

Ağdamda bir nəfər öz həmyerlisini girov götürüb.


AzNews.az xəbər verir ki, hadisə bu dəqiqələrdə 83 saylı İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Süleymanov Sərxan Allahverdi oğlu qəsəbənin digər sakinini tüfənglə girov götürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Nəticədə girov S.Süleymanovun əlindən alınıb. Lakin tüfəngi onun əlindən almağa müvəffəq olmayıblar. Silahlı şəxs hazırda girov götürdüyü şəxsin evinin qarşısında dayanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

***
14:18


Ağdam Rayon Polis İdarəsinin əməkdaşları Sərxan Süleymanovun silahını əlindən ala biliblər.

AzNews.az-ın məlumatına görə, ondan 1 tüfəng və 2 patron müsadirə olunub. S.Süleymanov polis idarəsinə aparılıb.